Tacikistan prezidenti Emoməli Rəhmon bölgədəki qeyri-sabit vəziyyətlə əlaqədar ordunun yenidən silahlandırılmasını sürətləndirməyi tapşırıb.
Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, Rəhmon Əfqanıstanla sərhəddə 70 sərhəd obyektinin tikintisinə də göstəriş verib. Onlar bu il istifadəyə verilməlidir.
“Rəhmon hərbi strukturların rəhbərlərinə silahlı qüvvələrin texniki yenidən qurulmasını sürətləndirmək və bu il tikilməkdə olan nəzarət-buraxılış məntəqələri də daxil olmaqla 70 sərhəd infrastruktur obyektinin istifadəyə verilməsi barədə göstərişlər verib”.
Mənbə: Gazeta.ru
İctimai.az

