La Liqanın prezidenti Xavyer Tebas “Barselona” futbol klubu ətrafında yaranan hakim qalmaqalından danışıb.
İctimai.az xəbər verir ki, bu barədə Mundo Deportivo yayıb.
Xatırladaq ki, ötən gün Kataloniya klubunun İspaniya Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya 1,4 milyon avro məbləğində ödənişin araşdırılması ilə bağlı məlumat yayılmışdı.
“2018-ci ildə uyğunluq qaydaları həm Barselona, həm də hakimlər komitəsi üçün işləmirdi. Mediada gördüklərimizi nəzərə alsaq, bu xidmətlər heç vaxt göstərilməməli idi. Biz açıq şəkildə bildirməliyik ki, idman intizam sanksiyaları mümkün deyil, çünki beş il keçib və bu sanksiyalar pozuntu faktlarından üç il sonra başa çatır”, – Tebas bildirib.
Mənbə: Mundo Deportivo
İctimai.az

