Tesla avtonom idarəetmə sisteminin beta versiyasında yaranan problemlərə görə 360 mindən çox avtomobili geri çağırır.
Bu barədə “The Verge” Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) açıqlamasına istinadən xəbər verir.
Geri çağırılmaya 2016-2023 Tesla Model S və Model X, 2017-2023 Model 3 və 2020-2023 Model Y daxildir.
Avtopilot funksiyasının beta versiyasının elektrik avtomobillərə tövsiyə olunan sürəti keçməyə imkan verdiyi, həmçinin yolayrıclarını gözlənilməz üsullarla keçməyə imkan verdiyi, məsələn, sarı işıqforda sürmək və ya dayanma işarəsi altında uzun müddət dayanmaq kimi yollarla yol verildiyi bildirilir.
NHTSA-ya görə, bütün bu vəziyyətlər “qəza riskini” artırır.
Mənbə: Reuters
İctimai.az

