07/06/2026

Kim Çen In qızını futbola aparıb

Şimali Koreya lideri Kim Çen In qızı ilə atası Kim Çen İrin ad günü şərəfinə futbol matçına qatılıb. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Kim və qızı nazirlər kabineti ilə milli müdafiə rəsmiləri arasında keçirilən matçı izləyib. Bu hadisə Kim Çen Inın qızının ictimaiyyətə altıncı, qeyri-hərbi tədbirdə isə ilk çıxışı idi.

KTM qeyd edir ki, görüşdə Müdafiə Nazirliyinin komandası Nazirlər Kabinetinin komandasına 3:1 hesabı ilə qalib gəlib.

Mənbə: TASS

İctimai.az

Oxşar xəbərlər