Telegram komandası iOS və Android proqramçıları üçün ümumi mükafat fondu 100 000 dollar olan açıq müsabiqə təşkil edib.
Müsabiqə iştirakçılarının qarşısında duran vəzifə Telegram-ın audio və video zəng funksiyaları üçün təkmilləşdirilmiş interfeys hazırlamaqdır.
Girişdə messencerin arxivindən olan bütün animasiyalar və interfeys elementləri daxil olmaqla, dizayn sənədinə tam uyğun olaraq dəyişikliklər əks olunmalıdır.
Eyni zamanda, edilən dəyişikliklər Telegram-ın sabitliyinə və mövcud funksional iOS və Android versiyalarına xələl gətirməməlidir.
Mənbə: TASS
İctimai az

