19/06/2026

Britaniyanın müdafiə naziri Uolles: tanklar hər şeyi dəyişən sehrli iksir deyil

“Əlbəttə, tanklar ukraynalıları daha da gücləndirəcək, lakin bu, birdən-birə hər şeyi dəyişən sehrli iksir deyil” deyib Uolles.

Belə ki, o, Avropa ölkələrinin silahlı qüvvələrinin arsenallarında istismara yararlı tankların sayının az olması və onlar üçün ehtiyat hissələrinin olmaması ilə bağlı daxil olan məlumatları şərh edib.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak Qərb ölkələrini arsenallarının tükənməsini müstəsna olaraq mənfi tərəfdən nəzərdən keçirməməyə çağırıb. Siyasətçi bəyanatını onunla əsaslandırıb ki, Rusiya Federasiyası silahlı qüvvələrinə qarşı Qərb silahlarından istifadə guya onları göndərən dövlətlərin təhlükəsizliyini gücləndirir.

Mənbə: TASS

İctimai.az

Oxşar xəbərlər