Fevralın 19-da futbol üzrə Fransa çempionatının 24-cü turunun matçında Paris Sen-Jermen öz meydanında “Lill”i məğlub edib. Görüş 4:3 hesabı ilə başa çatıb.
İctimai.az-ın məlumatına görə, əlavə vaxtda qələbə qolunu parislilərin argentinalı hücumçusu Lionel Messi vurub.
35 yaşlı hücumçu birbaşa cərimə zərbəsini dəqiq yerinə yetirib.
Bu qolla Messi 61 qolla argentinalı əfsanəvi Dieqo Maradonaya çatıb.
Qeyd edək ki, Messi Fransa çempionatında 19 matçda 11 qol vurub, 10 məhsuldar ötürmə edib.

