Apple ağıllı saatlar üçün rəngini dəyişə bilən parça kəməri patentləşdirib.
Bu barədə “Apple Insider” portalı məlumat yayıb.
Kəmər vəziyyətdən asılı olaraq rəngini sözün əsl mənasında dəyişməyə imkan verən elektroxrom örtüyə malikdir.
Beləliklə, istifadəçi qayışı əhvalına və ya qarderobunun rəng sxeminə uyğun olaraq “tənzimləyə” biləcək.
Ümumilikdə, Apple kəmərin rəngini dəyişdiyi bir neçə ssenari təqdim edir – sahibinin istəyi ilə, yeni saat üzünü quraşdırarkən, həmçinin bildirişlər qəbul edərkən və ya bəzi məlumat və ya vidcet nümayiş etdirərkən.
Mənbə: Haberler.com
İctimai.az

