20/06/2026

Peskov Putinlə Si Cinpin arasında planlaşdırılan görüşdən danışıb

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinin planlaşdırılan görüşü barədə danışıb.

O vurğulayıb ki, dövlət başçıları sıx dialoq aparır və gələcək görüşün konturları və tarixləri göründükcə Kreml bu barədə məlumat verəcək.

“Biz dövlət başçıları arasında müntəzəm ünsiyyəti nəzərdə tutan qabaqcıl strateji tərəfdaşlıq münasibətlərimizi yüksək qiymətləndirir və qoruyub saxlayırıq”, – sözçü bildirib.

Mənbə: TASS

İctimai.az

Oxşar xəbərlər