Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketində nüvə sənayesi və almaz yer almayacaq.
Bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, Macarıstan, Fransa, Bolqarıstan və Belçika kimi ölkələr Rusiyada nüvə sənayesi və ya almaz biznesinə məhdudiyyətlərin tətbiqinə qarşı çıxıblar. Bununla belə, Baltikyanı ölkələr Aİ-də öz təşəbbüslərini təşviq etməyə çalışırlar ki, Rusiyanın Rosatomuna qarşı sanksiyalar tətbiq edilsin.
Qəzetin yazdığına görə, Aİ və Rusiya arasında yeni ticarət sanksiyaları raketlər, dronlar və helikopterlərin bəzi elektron komponentlərinə təsir göstərə bilər. Eyni zamanda, sanksiyaların tətbiqi yalnız Aİ-yə üzv olan bütün dövlətlərin razılığı ilə mümkündür.
İctimai.az

