ABŞ dövlət katibi Entoni Blinken ilk rəsmi səfərini fevralın 28-də Qazaxıstana edəcək.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.
Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ dövlət katibi Astanada olarkən respublika prezidenti Qasım-Jomart Tokayev tərəfindən qəbul olunacaq və Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tleuberdi ilə danışıqlar aparacaq.
Həmin gün Astanada Blinkenin iştirakı ilə Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan) və ABŞ-ın xarici işlər orqanları rəhbərlərinin C5+1 formatında görüşü keçiriləcək. Tədbirdə ABŞ ilə regional əməkdaşlığın və tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinin müzakirə olunacağı vurğulanır.
Dövlət Departamentinin sözçüsü Ned Prays verdiyi yazılı açıqlamada Entoni Blinkenin də fevralın 28-dən martın 3-dək Özbəkistan və Hindistana səfər edəcəyini bildirib.
Mənbə: TASS
İctimai.az

