Türkiyə hakimiyyət orqanları ölkədə baş vermiş zəlzələlər nəticəsində binaların uçmasına görə məsuliyyət daşıya biləcək inşaatçı və podratçılar arasından şübhəli şəxsləri müəyyən edib.
Bu barədə Anadolu xəbər agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, onlardan 188-i həbs edilib.
Daha əvvəl “Rusiya Elmlər Akademiyasının Vladiqafqaz Elmi Mərkəzi” Federal Elmi Mərkəzinin Federal Dövlət Büdcə Elmi Qurumunun filialının Geofizika İnstitutunun elmi direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Vladislav Zaalişvili bildirib ki, zəlzələ Türkiyə daha bir ildən iki ilə qədər davam edə bilər.
Mənbə: AA
İctimai.az

