ABŞ Müdafiə Nazirliyi 2023-cü ildə 2022-ci ildə baş vermiş 15 000 yeni əsgər çatışmazlığını düzəltməyi və silahlı qüvvələrə 65 000 yeni əsgər cəlb etməyi planlaşdırır.
Fox News xəbər verir ki, bunu ABŞ-ın ordu katibi Kristin Uormut deyib.
“Məncə, bu il üçün bir nömrəli prioritet… işə qəbul problemimizi həll etməkdir. Keçən il ordu 15 000-ə yaxın əsgər toplama hədəfinə çata bilməyib. Bu, bizim üçün çox ciddi vəziyyətdir”, – Vormut Corc Vaşinqton Universitetində panel müzakirəsi zamanı deyib.
2022-ci ildə işə qəbul planı 60 min nəfər idisə, ilin sonunadək cəmi 45 min nəfər ordu sıralarına cəlb edilib.Əsas səbəb gənclər arasında piylənmə problemləri, orta məktəb diplomunun olmaması və ruhi xəstəlikdir.
Mənbə: Fox News
İctimai.az

