Bred Pitt şam yeməyinə yeni sevgilisi İnes de Ramonla birlikdə gəlib.
Bu barədə “Mirror” məlumat yayıb.
59 yaşlı Bred Pitt və 30 yaşlı İnes de Ramon “Fuquet” restoranında şam yeməyi zamanı paparassilərin obyektivlərinə tuş gəliblər. Aktyor klassik qara smokin geyinib, sevgilisi isə gümüşü rəngli spagetti kəmərli kokteyl libası geyinib.
İlk dəfə olaraq Pitt və de Ramonun münasibəti ilə bağlı şayiələr ötən ilin noyabrında cütlük Los-Ancelesdə Bono konsertində, daha sonra isə aktyorun yeni “Babilon” filminin premyerasında birlikdə görüntülənəndən sonra ortaya çıxdı. Pittin yeni sevgilisi dietoloq, fitnes məşqçisi və zərgərlik dizayneridir. O, məşhurlar cəmiyyətinə The Vampire Diaries aktyoru Pol Uesli ilə evliliyi sayəsində daxil olub.
Uesli keçən həftə de Ramondan boşanmaq üçün məhkəməyə müraciət edərək, ayrılığa səbəb kimi “barışmaz fikir ayrılıqlarını” göstərib.
Lenta.ru
İctimai.az

