Beynəlxalq Futbol Federasiyası (FIFA) braziliyalı supermodel Adriana Limanı Qlobal Azarkeş Səfiri təyin edib.
Məşhur braziliyalı dünyanın hər yerindən pərəstişkarlarının iştirakı ilə qlobal təşəbbüslərin inkişafına və təbliğinə töhfə verəcək.
“Adriana ilə görüşəndə dərhal onun istiliyini, mehribanlığını və futbola necə açıq və ehtiraslı olduğunu hiss edirsən. O, bizim oyunumuzu yaşayır və nəfəs alır, buna görə də o, FİFA ilə bütün dünyadakı azarkeşlər arasında əla əlaqə ola bilər”, – deyə Limanın FİFA prezidenti Canni İnfantino təyinatını şərh edib.
Mənbə: BBC.com
İctimai.az

