Makron Afrika ilə münasibətlərdə “yeni dövr” elan edib

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Paris Afrika ilə “yeni, balanslaşdırılmış əlaqələr” qurmalıdır.

Bu barədə Politico nəşri yazır. “Bu yeni dövrün məqsədi tərəfdaşlıq vasitəsilə təhlükəsizlik varlığımızı genişləndirməkdir” deyə Makron Afrika turundan əvvəl Parisdə etdiyi çıxışında bildirib.

Gələcəkdə Fransanın qitədəki hərbi bazaları yerli kadrlarla “birgə idarə olunacaq” və yaxın bir neçə ay ərzində Afrikada yerləşən fransız qoşunlarının sayında “görünən azalma” olacağını söyləyib.

Mənbə: TASS

İctimai.az

Oxşar xəbərlər