Qeyri-adi 3D ekranlı ZTE Nubia Pad planşetini təqdim edib

MWC 2023 sərgisi zamanı Çinin ZTE şirkəti xüsusi eynəklərdən istifadə etmədən 3D məzmuna baxmaq imkanı verən texnologiyaya əsaslanan Nubia Pad 3D planşetini təqdim edib.

Bu barədə “Gizchina” portalı məlumat yayıb.

İki ön kameradan istifadə edən AI Engine Super Bionic Eye texnologiyası istifadəçinin gözlərinin vəziyyətinə nəzarət edir, adi təsviri stereoqrafik görüntüyə çevirir. Nubia Pad 3D həmçinin planşet üçün xüsusi proqram təminatı yaradan Leia startapından da əməkdaşlıq əldə edib.

Bu proqramlar arasında, məsələn, istənilən YouTube videosunu 3D məzmuna çevirən LeiaTube var. Digər proqramlar adi oyunları, fotoşəkilləri 3D formatına çevirə bilir. Bundan əlavə, planşetin LeiaChat adlı özünün 3D video çatı var.

Mənbə: BBC.com

İctimai.az

Oxşar xəbərlər