Hindistan S-400 Triumph hava hücumundan müdafiə sistemlərinin üçüncü partiyasını aldı

Hindistan Rusiyadan S-400 Triumf zenit-raket komplekslərinin üçüncü partiyasını alıb.

Bu barədə CNN News18 telekanalı ölkə hökumətindəki öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, kompleksin ilk iki partiyası 2021-ci ilin dekabrında və 2022-ci ilin aprelində qəbul edilib və Pakistan və Çinlə sərhədləri qorumaq üçün yerləşdirilib.

Mənbələrin bildirdiyinə görə, üçüncü eskadron Pakistandan potensial hücumlara qarşı durmaq üçün Pəncab və ya Racastana yerləşdiriləcək.

Mənbə: Lenta.ru

İctimai.az

Oxşar xəbərlər