Avropa aviaşirkətləri Rusiya üzərindən uçuşlara icazə verildiyi üçün Çin aviadaşıyıcılarından şikayət ediblər.
Bu barədə Financial Times xəbər verir.
Qəzetin yazdığına görə, Avropa aviadaşıyıcıları Çin şirkətlərinə Rusiya Federasiyasının ərazisi üzərindən uçuşlara icazə verilməsini ayrı-seçkilik hesab edirlər, çünki onlar uçuşlara daha çox vaxt sərf etməlidirlər.
“Çin hava yolları Avropadan olan aviadaşıyıcılardan üstünlüyə malikdir, çünki onlar hələ də Rusiya hava məkanından istifadə edə bilirlər”, deyə nəşr yazır.
Mənbə: Lenta.ru
İctimai.az

