Consumer Intelligence Research Partners şirkəti iPhone 14 seriyalı smartfon istifadəçiləri arasında Apple smartfonlarının hansı rənglərinin ən populyar olduğunu öyrənmək üçün sorğu keçirib.
Belə ki, 2022-ci ilin dekabrına olan məlumata görə, iPhone 14 Pro və Pro Max istifadəçilərinin 42%-i bənövşəyi modeli seçib, 23%-i isə qara rəngdə smartfon alıb. Təxminən 24% qızıl varianta, yalnız 11% isə gümüş varianta üstünlük verib.
iPhone 14 və 14 Plus sahibləri 27 faiz halda mavi, 26 faiz qara rəngə üstünlük verib, respondentlərin 22 faizi isə bənövşəyi rəngə üstünlük verib. Həmçinin, təxminən 14% qırmızı iPhone, digər 12% isə ağ smartfona üstünlük verib.
Analitiklər qeyd edirlər ki, Apple bənövşəyi iPhone 11 və 12-yə yüksək tələbat hiss edib və buna görə də o, iPhone 14 Pro-nu bu rəngdə çox sayda buraxıb. Bəlkə də buna görə şirkət bənövşəyi modeli yeni cərgədə “israrla təbliğ etdi”.
Mənbə: RİA Novosti
İctimai.az

