BƏƏ səfiri Rusiya-Əmirlik münasibətlərinin perspektivlərini dəyərləndirib

Birləşmiş Ərəb Əmirliklərinin Rusiyadakı səfiri Məhəmməd Əhməd Əl-Cabir ölkəsi ilə Rusiya arasında münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini dəyərləndirib.

Bildirib ki, “Dostluq” ordeni ilə təltif olunması onun üçün böyük şərəfdir. Səfir vurğulayıb ki, bu mükafatdır “Rusiya-Əmirliyi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə yönəlmiş rusiyalı həmkarlarımız və dostlarımızla birgə işimizin nəticəsidir”.

Diplomat həmçinin BƏƏ rəhbərliyinə ölkənin Rusiya Federasiyasındakı səfirinin təyin edilməsinə etimad göstərdiyinə və diplomatik fəaliyyəti yüksək qiymətləndirdiyinə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.

Mənbə: Lenta.ru

İctimai.az

Oxşar xəbərlər