Saakaşvilinin yoldaşı: Apellyasiya Məhkəməsi eks-prezidenti azadlığa buraxmaqdan imtina etdi

Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini səhhəti ilə əlaqədar həbsdən azad etməkdən imtina edən məhkəmənin qərarını qüvvədə saxlayıb.

Bu barədə siyasətçinin əməkdaşı Yekaterina Xerkheulidze öz Facebook səhifəsində məlumat verib.

“Apellyasiya Məhkəməsi Mixail Saakaşvilinin [sağlamlığına görə azadlığa buraxılması ilə bağlı] işinə qiyabi baxıb və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb”, deyə Xerxeulidze yazıb.

Qeyd edək ki, fevralın 6-da məhkəmə Saakaşvilinin səhhətinə görə azadlığa buraxılmasını rədd edib.

Mənbə: Lenta.ru

İctimai.az

Oxşar xəbərlər