22/07/2026

Gürcüstan prezidenti ölkədə “antikonstitusiya partiyalarının” qadağan edilməsini təklif edir

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə “antikonstitusiya partiyalarının” fəaliyyətini qadağan etməyi təklif edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

“Konstitusiya prinsiplərinə, ölkəmizin və xalqımızın seçdiyi yola zidd olan bütün siyasi partiyaların fəaliyyəti konstitusiyaya zidd elan edilməli və qadağan edilməlidir”, – bəyanatda deyilir.

Zurabişvili Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına qarşı çıxan deputatların çıxışlarından təşvişə düşdüyünü bildirib. “Avropa İttifaqına və Şimali Atlantika Təşkilatına tam inteqrasiya Gürcüstanın Konstitusiyasının elan etdiyi məqsəddir”, – Gürcüstan prezidenti qeyd edib.

Mənbə: TASS

İctimai.az

Oxşar xəbərlər