İndiana Universitetinin alimləri insan orqanizmində yeni qan damarlarının əmələ gəlməsində iştirak edən yeni hüceyrə növü aşkar ediblər.
Tədqiqat Nature Communications jurnalında dərc olunub.
Endotel hüceyrələri qan damarlarının meydana gəlməsində iştirak edir.
Yeni araşdırma vaskulogen fibroblastlar adlanan başqa bir hüceyrə növünün də yeni qan damarları yarada biləcəyini göstərdi.
Tədqiqatçılar bu hüceyrələrin zədə zamanı aktivləşdiyini müəyyən ediblər. Ancaq bəzi xəstələrdə, məsələn, şəkərli diabet xəstələrində, bu xüsusi hüceyrələri istehsal etmək qabiliyyəti pozulur.
Mənbə: Lenta.ru
İctimai.az

