Macarıstan Aİ-də səfirliyini Qüdsə köçürən ilk ölkə olacaq

Macarıstan hakimiyyəti İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyə hazırlaşır.

Bu barədə Times of Israel mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, Budapeşt bu addımı aprel ayında atacaq. Qeyd edildiyi kimi, Macarıstan və İsrail Xarici İşlər nazirlikləri arasında razılıq əldə olunub.

Beləliklə, birliyin İsrail-Fələstin nizamlanmasına dair ortaq mövqe çərçivəsində bu cür addımlar atmaqdan imtina etməsinə baxmayaraq, o, Avropa İttifaqı daxilində Qüdsdə səfirlik açan ilk dövlət olacaq.

Mənbə: Reuters

İctimai.az

Oxşar xəbərlər