Serbiyanın xarici işlər naziri Daçiç: Belqrad nə Kiyevə, nə də Moskvaya silah tədarük etməyib

Serbiyanın baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ölkəsinin nə Rusiyaya, nə də Ukraynaya silah göndərmədiyini və bu ölkələrə hərbi məhsulların vasitəçilər vasitəsilə tədarükünə icazə vermədiyini bildirib.

Bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, xüsusi əməliyyat başlayandan Serbiya münaqişə tərəflərini hərbi məhsullarla təmin etməyib və buna icazə verməyib.

Bundan əlavə, RİA Novosti-nin Serbiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirlik Serbiya müəssisələrinin Ukraynaya silah və hərbi texnika vermədiyini bildirib.

Mənbə: TASS

İctimai.az

Oxşar xəbərlər