Kiyev və Ukraynanın şərqində hava hücumu xəbərdarlığı ləğv edilib

Kiyevdə elan edilən hava hücumu xəbərdarlığı ləğv edilib. Bu barədə vətəndaşları xəbərdar etmək üçün rəsmi resursun məlumatında deyilir.

Bundan əlavə, Ukraynanın şərqindəki bir sıra bölgələrdə də ləğv edilib. Bundan əvvəl Kiyevdə hava həyəcanı elan edilmişdi və Kiyev vilayətində sirenlər səslənib.

Həmçinin Dnepropetrovsk, Xarkov, Sumı və Çerniqov vilayətlərində, həmçinin Donetsk Xalq Respublikasının Kiyev hakimiyyətinin nəzarətində olan ərazilərində həyəcan təbili çalıb.

İctimai.az

Oxşar xəbərlər