Goldman Geoff Curry, Bloomberg-ə müsahibəsində neft qiymətlərinin bu ilin oktyabr-dekabr aylarında bir barel üçün 100 dollara qədər artacağını proqnozlaşdırıb.
“Mən tam əminəm ki, yaxın 12-18 ay ərzində biz daha bir qiymət artımı görəcəyik”, – ekspert bildirib.
Onun sözlərinə görə, buna ÇXR tərəfindən pandemiya məhdudiyyətlərinin aradan qaldırılması fonunda Çindən neftə tələbatın artması, ölkədə tamhüquqlu işlərin bərpası və qlobal ehtiyat istehsal güclərinin proqnozlaşdırılan həddindən artıq yüklənməsi kömək edəcək.
Mənbə: Bloomberg
İctimai.az

