“İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
APA xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Rasim Məmmədov xuliqanlıqda təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, QHT rəhbəri Rasim Məmmədov 2022-ci ilin fevral ayında həbs olunub.

