Çilinin yeni Konstitusiyasının layihəsini hazırlayan ekspertlər komissiyası martın 6-da işə başlayıb.
Bu barədə TASS prosesə həsr olunmuş rəsmi saytına istinadən yazır.
“6 mart 2023-cü il konstitusiya prosesinin başlanması ilə əlaqədar tarixi bir gün idi, məqsədi Çiliyə yeni əsas qanun təqdim etməkdir”, – rəsmi mənbə qeyd edir.
Komissiyaya 24 ekspert daxildir, onlardan 12-ni Çili deputatları, daha 12-ni isə senatorlar seçib. Onlar birlikdə konstitusiyanın ilkin layihəsini hazırlamalıdırlar. Daha sonra sənədi təsis yığıncağı yekunlaşdıracaq
İctimai.az

