08/06/2026

AvtoVAZ-ın 2022-ci ildə mənfəəti 86% azalıb

AvtoVAZ-ın 2022-ci ilin sonunda xalis mənfəəti 206,6 milyon rubl təşkil edib ki, bu da bir il əvvəlkindən 86,2% azdır.

Bu barədə TASS şirkətin Rusiya Mühasibat Uçotu Standartları (RAS) üzrə maliyyə hesabatlarına istinadən məlumat yayıb.

Şirkətin illik gəliri 2022-ci ildə 2021-ci illə müqayisədə 43,7% azalaraq demək olar ki, 170 milyard rubl, ümumi mənfəəti 71,2% azalaraq 7,2 milyard rubldan çox olub.

Mənbə: TASS
İctimai.az

Oxşar xəbərlər