Cənubi Koreyanın kəşfiyyat agentliyi çərşənbə axşamı bildirib ki, Şimali Koreya mart və ya aprel aylarında genişmiqyaslı hərbi təlimlər keçirə və yeni qitələrarası ballistik raketini (ICBM) sınaqdan keçirə bilər.
Bu barədə “Reuters” məlumat yayıb.
Martın 7-də KXDR rəhbərinin bacısı Kim Yo Conq bildirib ki, amerikalıların KXDR-in Sakit okeana sınaq buraxılışı zamanı qitələrarası raketi vurmaq cəhdi Pxenyan tərəfindən bəyannamə kimi qəbul ediləcək.
Mənbə: Reuters
İctimai.az

