İsrail dörd müsəlman ölkəsi ilə münasibətləri normallaşdırmağa çalışır. Bu barədə İsrail Hayom mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, İsrailin xarici işlər naziri Eli Koen Mavritaniya, Somali, Niger və İndoneziya hakimiyyətləri ilə danışıqlar aparır.
Nəşrin mənbələri bildirir ki, “İbrahim razılaşmaları”nın (İsrailin BƏƏ, Bəhreyn və Mərakeş ilə münasibətlərin sabitləşməsinə dair razılaşmaları) genişləndirilməsi üçün “pərdəarxası” səylərdə ABŞ dövlət katibi Entoni Blinken, İsrailin baş naziri Benyamin də iştirak edir.
Mənbə: BBC.com
İctimai.az

