Polşa prezidenti Anjey Duda Varşavanın Kiyevi respublikada xidmətdə olan MiQ-29 qırıcıları ilə təchiz etməyə hazır olduğunu açıqlayıb.
O, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
“Biz Polşada qalan, işlək vəziyyətdə olan və Hərbi Hava Qüvvələrimizdə xidmətdə olan MiQ-29 təyyarələrini təhvil verməyə hazırıq”, – dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Ukrayna onlardan istifadə edə biləcək, çünki hazırda Ukrayna Silahlı Qüvvələrində bu qırıcıları idarə edə bilən pilotlar var.
İctimai.az

