Bu gün Azərbaycan paytaxtında X Qlobal Bakı Forumu keçiriləcək.
İctimai.az xəbər verir ki, forumun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” olacaq.
Forumda 4 ölkənin prezidenti, 2 dövlətin baş naziri, 6 ölkənin spiker və naziri, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edəcək.

