İsveçin ÜDM-i yanvarda 2% artaraq tənəzzüllə bağlı proqnozları silib

Bu il yanvarın sonunda İsveçin ümumi daxili məhsulu (ÜDM) 2022-ci ilin dekabr ayı ilə müqayisədə birdəfəlik 2% artıb.

Beləliklə, Şimali Avropanın ən böyük iqtisadiyyatı xarici analitiklərin tənəzzüllə bağlı proqnozlarını ləğv edib.

Bu barədə Bloomberg Skandinaviya ölkəsinin Statistika İdarəsinin məlumatlarına istinadən yazır.

Yanvar ÜDM artımı son dörd ayda ən sürətli olub. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin dördüncü rübündə İsveç iqtisadiyyatı əvvəlki üç ayın məlumatları ilə müqayisədə 0,5% (İsveç statistika idarəsinin yenilənmiş hesablamalarına görə) kiçildi, məqalədə qeyd olunur.

Mənbə: Bloomberg

İctimai.az

Oxşar xəbərlər