TASS xəbər verir ki, Özbəkistan Parlamentinin Qanunvericilik Palatası ölkənin yeni konstitusiyasına dair referendumun aprelin 30-na təyin edilməsi barədə qərar verib.
Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov bildirib ki, Özbəkistanın konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi 200 mindən çox təklifin öyrənilməsindən sonra hazırlanıb.
Konstitusiya islahatının təşəbbüskarı olan Özbəkistan prezidenti Şavkat Mirziyoyev deputatlarla görüşündə ölkənin əsas qanununa dəyişiklik edilməsi ilə bağlı təkliflərə baxıldıqdan sonra məsləhətləşmələr aparıb.
Mənbə: TASS
İctimai.az

