Moldovanın Novye Anenı şəhərinin meri Aleksandr Matsarin bildirib ki, rayon polisi Vladimir Leninin abidəsini təhqir etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Bu barədə rəsmi sosial şəbəkədəki səhifəsində yazıb.
“Biz xəbər veririk ki, Novıe Anenı qəsəbəsində Mədəniyyət evinin yaxınlığındakı parkda vandalizm aktını törədən şəxs müəyyən edilərək tapılıb. 24 saatdan az müddətdə günahkar tapıldı”, -deyə Matsarin yazıb.
Həmçinin şəhər meri polisin araşdırma faktını sənədləşdirdiyini bildirib. O əlavə edib ki, Leninin şəhərin mədəniyyət mərkəzinin qarşısındakı abidəsinin yanında zibil yanır.
Mənbə: RİA Novosti
İctimai.az

