ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan və Gürcüstan prezidenti Salome Zurabişvili martın 10-da görüşərək Gürcüstanda baş verən son hadisələri və Rusiyanın bu ölkə vasitəsilə Qərbin sanksiyalarından yan keçməsi imkanlarını müzakirə ediblər.
Bu barədə Ağ Evin saytındakı press-relizdə məlumat verilib.
Sullivan və Zurabişvili Rusiyanın ABŞ və 30-dan çox müttəfiq və tərəfdaşdan ibarət koalisiyası tərəfindən tətbiq edilən sanksiyaların, ixraca nəzarətin və digər iqtisadi məhdudiyyətlərin tam iqtisadi dəyərini hiss etməyə davam etməsinin təmin edilməsinin vacibliyini müzakirə ediblər.
Ağ Ev bildirib ki, Vladimir Putin Ukraynadakı müharibəyə görə hesab verəcək.
Mənbə: Reuters
İctimai.az

