TASS xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) məlumatına görə, Rusiya və ABŞ dünya silah ixracında liderlər olaraq qalıb, Ukrayna isə idxalçılar arasında ilk beşliyə daxil olub.
İsveçli tədqiqatçılar 2018-2022-ci illər ərzində ABŞ-dan silah ixracının 2013-2017-ci illər dövrü ilə müqayisədə 14% artdığını, ABŞ-ın silah bazarındakı ümumi payının isə 40% olduğunu qeyd edirlər.
Eyni zamanda, Rusiya xaricə silah tədarükünü əhəmiyyətli dərəcədə azaldıb – son bir ildə 31%, indi isə Rusiya Federasiyasının silah bazarındakı payı 22% deyil, 16% təşkil edir.
Mənbə: TASS
İctimai.az

