23/06/2026

ABŞ Rusiyaya görə artıq dollar çap edə bilməyəcək

New York Post-un köşə yazarı Cey Nyumanın sözlərinə görə, anti-Rusiya sanksiyaları bir çox ölkələrin dollardan imtina etməsinə səbəb olur.

O, öz materialında yazır ki, Vaşinqton öz gücünü beynəlxalq arenada nümayiş etdirmək qabiliyyətini itirəcək.

Nyuman beynəlxalq arenada dolların rədd edilməsinin Amerikanın mövqeyinə güclü zərbə vuracağına diqqət çəkib. O, əlavə edib: “Məhdudsuz dollar çapı dövrü sona çata bilər və bununla da bizim xarici malları ucuz qiymətə almaq imkanımız keçmişdə qalacaq”.

Nyuman anti-Rusiya məhdudiyyətlərini dəstəkləməyən yüzdən çox ölkəni saydı.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər