16/06/2026

Buryatiyada qadın qulağındakı pambıqdan komaya düşüb

Ulan-Udedə 69 yaşlı təqaüdçü evdə otit müalicəsi apararkən az qala öləcəkdi, o, meningit və kəskin irinli iltihaba yoluxub.

Bu barədə Buryatiya Səhiyyə Nazirliyinin Telegram kanalı xəbər verir.

Xəstə başgicəllənmə, ürəkbulanma və qulaqdan irinli axıntı şikayətləri ilə xəstəxanaya müraciət etmişdir. Müayinə zamanı həkimlər onun qulaq kanalında pambıq parçası aşkar ediblər.

Məlum olub ki, qadın qulağını tıxayıb unudub, yad cisim çürüməyə başlayıb.

Mənbə: Haberler.com

İctimai.az

Oxşar xəbərlər