Rusiya, Ukrayna və ya BMT-nin etirazı olmasa, martın 18-dən sonra taxıl müqaviləsi avtomatik olaraq uzadıla bilər.
Bu barədə TASS saziş ətrafında aparılan danışıqların təfərrüatları ilə tanış olan mənbəyə istinadən xəbər verir.
Onun sözlərinə görə, sövdələşmənin xüsusi uzadılması tələb olunmur, o, indiki rejimdə, dəyişiklik və əlavələr olmadan fəaliyyətini davam etdirəcək. Bu halda müqavilələrin nə qədər uzadılmasının fərqi yoxdur – 60 və ya 120 gün.
Mənbə bildirib ki, sövdələşmənin müddəti 60 gün uzadılacaqsa, o, martın 18-dən sonra fəaliyyətini davam etdirəcək və 60 gündən sonra tərəflərdən biri onun ləğvi ilə bağlı məsələ qaldıra bilər.
Mənbə: TASS
İctimai.az

