Amerika startapı OpenAI, başqa şeylərlə yanaşı, ChatGPT çat botunda və yenilənmiş Bing axtarış sistemində istifadə olunan GPT dil modelinin yeni versiyasını təqdim etdi.
Bu barədə “The Verge” portalı məlumat yayıb.
Yeni alqoritm GPT-4 adlanır. OpenAI iddia edir ki, model “daha yaradıcı və ünsiyyətcil” olub və həmçinin “problemləri daha dəqiqliklə həll etmək” iqtidarındadır.
Əvvəlki versiyalardan fərqli olaraq, siz yalnız mətni deyil, şəkilləri də yükləyə bilərsiniz, baxmayaraq ki, o, hələ də yalnız mətn şəklində cavab verir.
Tərtibatçı GPT-4-ün GPT-3.5-dən 40% daha səmərəli olduğunu iddia edir. Bu arada, OpenAI-nin rəhbəri Sem Altman öz Twitter səhifəsində GPT-4-ün “hələ mükəmməl olmadığını və sərhədləri olduğunu” bildirib.
İndiyə qədər yalnız ödənişli ChatGPT Plus abunəçiləri və testerləri dördüncü nəsil süni intellektdən yararlana bilər.
Mənbə: AA Haber
İctimai.az

