Radanın Energetika Komitəsinin rəhbəri Andriy Gerus Ukraynada istilik mövsümünün martın 20-dən etibarən başa çatmasına çağırıb.
Bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Gerusun sözlərinə görə, ölkəyə tədricən isti yaz havası gəlir, ona görə də martın 20-də ölkənin bəzi rayonlarında istilik mövsümünü başa vurmaq və bununla da enerji resurslarına, o cümlədən qaza qənaət etmək mümkün olacaq.
Bundan əvvəl Kiyev Şəhər Hərbi Administrasiyasının (KGVA) rəhbəri Sergey Popko bildirib ki, Ukrayna paytaxtında elektrik enerjisi, istilik və su təchizatı tam bərpa olunub.
İctimai.az

