08/06/2026

Yaponiya Tayvan yaxınlığındakı adaya qoşun yeritdi

Yaponiya martın 16-da Cümə axşamı, Tayvan və mübahisəli Senkaku adaları yaxınlığında yerləşən ucqar cənubda yerləşən İşigaki adasına zenit və gəmi əleyhinə raket bölmələri də daxil olmaqla Quru Özünümüdafiə Qüvvələrindən 570-ə qədər əsgər yerləşdirib.

Bu barədə “Japan Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, transfer Çinin yaxınlıqdakı sularda hərbi əməliyyatlarının intensivləşməsinə cavab olaraq həyata keçirilib.

Qeyd olunur ki, Çin gəmiləri dəfələrlə yaşayış olmayan adalar ətrafında Yaponiyanın ərazi sularına daxil olub.

Mənbə: Reuters

İctimai.az

Oxşar xəbərlər