Almaniyada məşhur sui-qəsd nəzəriyyəçisi, Kapitan Gələcək təxəllüsü ilə tanınan Michael Brundel sosial şəbəkəsini sui-qəsd nəzəriyyəçiləri üçün açıb.
Bu barədə Daily Mail yazır.
Brundel ilk həftədə 1500 istifadəçi qazanan “SchwurbelTreff” şəbəkəsini əl ilə yaratdı. Qeydiyyatdan keçmək üçün istifadəçilər bir neçə standart suala cavab verməli və hansı sui-qəsd nəzəriyyələrinə inandıqları barədə danışmalıdırlar. İstifadəçilər həmçinin hansı xəbərləri oxuduqlarını, Covid-19-a qarşı neçə dəfə peyvənd olunduqlarını və gələcək 20 il ərzində dünyanın gələcəyinin necə inkişaf edəcəyini düşündüklərini bildirməlidirlər.
İctimai.az

