Pentaqon Alyaska üzərində vurulan üç UFO-nun videosunu yaymaqdan imtina edib

“Daily Mail” qəzeti yazır ki, Pentaqon bu ilin fevralında Alyaska üzərində vurulmuş üç naməlum uçan obyektin (UFO) videosunu yaymayıb.

ABŞ hərbi departamentinin nümayəndəsi bildirib ki, UFO görüntüləri idarənin sərəncamındadır.

Hər üç hədəf Amerika qırıcıları tərəfindən Sidewinder hava-hava raketləri ilə vurulub. “Görüntülər məxfi olaraq qalır” deyə hərbçilər jurnalistlərə bildirib.

İctimai.az

Oxşar xəbərlər