Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin hakimiyyəti dövründə həlak olanların ailə üzvləri Norveç səfirliyi yaxınlığında etiraz aksiyası keçirirlər.
Etirazçılar deyirlər ki, Saakaşvilinin aldığı Demokratiya və İnsan Haqları Mükafatı onlara qarşı təhqirdir, çünki onlar hesab edirlər ki, 2012-ci ildən əvvəl ölkədə insan haqları ən çox pozulub, İmedi TV xəbər verir.
Onlar hesab edirlər ki, Saakaşvili insan haqlarını pozduğuna görə uzunmüddətli cəza çəkməlidir.
İctimai.az

