Steam 2024-cü ildə Windows 7 və Windows 8 üçün dəstəyi dayandıracaq

Kompüter oyunları üçün ən böyük onlayn mağaza Steam tezliklə Windows 7 və Windows 8-də fəaliyyətini dayandıracaq.

Valve bu barədə istifadəçilərə xəbərdarlıq edib.

Steam tərtibatçıları oyunçulara 2024-cü il yanvarın 1-dək kompüterlərini Windows 10 və ya Windows 11-ə yeniləməyi tövsiyə edir, bu tarixdən sonra köhnə əməliyyat sistemlərinin istifadəçiləri Valve mağazasından yeni oyunlar ala bilməyəcəklər.

Qeyd olunur ki, Windows-un köhnə versiyaları ilə uyğun gəlməyən yeni Steam funksiyalarının işində daxili Google Chrome brauzerinin istifadəsinə görə hər şey günahkardır.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər